Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zinəddin Zidanın böyük oğlunun yeni klubu müəyyənləşib

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın futbolçu oğlu Entso Zidan komandasını dəyişib.

25 yaşlı yarımmüdafiəçi İspaniyanın II liqasında çıxış edən "Almeriya" klubuna keçib.

Lakin keçidin detalları haqqında məlumat verilməyib. 2014 - 2017-ci illərdə bir müddət atasının rəhbərliyi altında "Real Madrid"in əvəzedici komandasında çıxış etmiş fransalı futbolçu 2017/2018 mövsümündə "Alaves"ə transfer olunub. Orada da möhkəmlənə bilməyən böyük oğulun son komandası Portuqaliya "Aveş"i olub.

Qeyd edək ki, "Almeriya" klubu II liqada geridə qalan 25 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Entso Zidanın komandası lider "Kadis"dən 3 xal geri qalır.(report)

Son xəbərlər
Bütün xəbərlər »