Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əzizə 17 saat sonra dağıntılar altından xilas edildi - Video

Elazığda baş verən zəlzələdə dağıntılar altında olduğu halda səhiyyə işçiləri ilə tlefonla danışan Əzizə adlı qadın 17 saat sonra xilas edildi.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı  məlumat yayıb.

Xilasedicilərin dağıntılar altındakı qadınla söhbəti:

"Əzizə danışa biləcək hər kəsə zəng edin. Uşaqlarınızı çağırın. Hamısı ilə danışın. Heç kimi yatmağa qoymayın. Burundan nəfəs alın, ağzınızdan nəfəsi buraxın. Sakitləşin. Sən bir anasan, sən orada olan hər kəsin anasısan. Bizimlə ünsiyyətdə olan yalnız sənsən. Sən daha güclü olmalısan. Sən ağlama, sakit ol. Biz burda yaxındayıq. Sizi xilas edəcəyik".

Telefon əlaqə saxlayan UMKE əməkdaşı Emine Kuştepe bunları söylədi:

Oradakı insanların sağ qalması üçün xüsusilə danışmalı olduqlarını və ünsiyyət quracağımız yeganə insanın Azize xanım olduğunu söylədim. Orada Azize xanımdan başqa insanların olduğunu təxmin edirdik.

Məqsədimiz onların olduqları yeri dəqiqləşdimək və zərər vermədən xilas etməkdir.

Buradan hörmətli nazirimizə səmimi sevgi və təşəkkürümü bildirmək istəyirəm.

Xəstəni apararkən  səhiyyə və daxili işlər nazirini gördüm. Onları burada görmək bizim üçün stimildur. Telefonla əlaqə saxlamaq başqa, onları bu çətin, emotsional şəraitdə işləyən insanların yanında görmək isə bir başqadır.

Əlbətdə zəlzələ barədə vətəndaşlarımıza da məlumat verilməlidir.

Dağıntılar altında qalmış şəxsləri xilas etmək üçün işləri davam etdirəcəyik.

Son xəbərlər
Bütün xəbərlər »