Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Postsovet ölkəsində 10 milyon nəfər “yoxa çıxıb”
ehali-0--0

Ukrayna əhalisi dayanmadan azalır. Həm artım yoxdur, həm də ölkədən gedənlərin sayı çoxalıb.

Bizimyol.info xəbər verir ki, Ukraynada say azalması hökuməti də ciddi narahat edir. Nazirlər kabinetinin rəhbəri Dmitri Dubilet mətbuat konfransı keçirərək problemin əhəmiyyətini ictimaiyyətə çatdırmaq istəyib. Onun dediyinə görə, 2001-ci ildən sonra Ukraynada 10 milyon nəfərə qədər “yoxa çıxıb”. 19 il əvvəl postsovet ölkəsində 48,457 milyon insan yaşayırmış. İndi ölkə sərhədləri daxilində cəmi 37 milyon 289 min nəfər qalıb.

Əlbəttə, Dubilet Krım, işğal altında olan Donetsk, Luqansk vilayətlərinin əhalisini nəzərə almır. Amma nəzərə alınsa belə, ciddi fərq olmayacaq. Faktiki 10 milyon nəfərə yaxın azalma var.

BMT-nin hesabatları da Ukraynanın gələcəyi ilə bağlı nikbin düşünməyə əsas vermir. Orada, adətən, əsrin sonlarına doğru əhalinin sayının xeyli az olacağı yazılır.

Paylaş »
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
Son xəbərlər
Bütün xəbərlər »