Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin müharibə veteranlarına pul paylayacaq

İyirmi ildən çoxdur Rusiyaya başçılıq edən Vladimir Putin müharibə veteranlarına sürpriz hazırlayıb. O, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsi üçün can qoyan ruslara pul paylayacaq.

Bizimyol.info xəbər verir ki, bu il həmin müharibənin başa çatmasının 75-ci ildönümü qeyd olunacaq. Məhz buna görə Putin hər veterana 75 min rubl (təxminən 1218 dollar) verilməsini nəzərdə tutub.

Rusiya dövlət başçısı veteranlarla görüşdə buna eyham vurub. Prezident onlara sürpriz hazırladığını gizlətməyib.

Putin hər il müharibə veteranlarını mükafatlandırır. Adətən, hər birinə 10 min, arxa cəbhədə çalışanlara isə 5 min rubl verilirdi. Bu dəfə məbləğ xeyli artırılıb. Arxa cəbhədə qabiliyyətini ortaya qoyanlar da pul alacaq. Onlara 50 min rubl (təxminən 812 dollar) verilməsi nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »