Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Arvadım gecə yuxudan oyadıb dedi ki, udmusan" - ikinci dəfə cekpot udan şəxs

Lotereya həvəskarı 2 il yarım əvvəl 70 539 dollar həcmində cekpotu udandan sonra da sakitləşməyib və növbəti dəfə cekpotu hədəfləyən uğurlu adam bu dəfə 233 415 dollar udub.

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Riçard Moro Şimali Karolina Təhsil Lotereyası tirajında iştirak üçün öz rəqəmlərindən istifadə edib. O, Hillsburq şəhərində yerləşən bir supermarketdə "Cash 5" lotereyasının bütün nömrələrini özü seçib.

"Mən həmişə öz rəqəmlərimdən istifadə edirəm. Bəzi rəqəmlər var di, bütün günü başımı xarab etmişdilər, elə həmin rəqəmləri də istifadə etdim",- deyə Moro öz uğurunun sirrini açıqlayıb.

O bildirib ki, lotereyanın cekpotu udmasını ilk olaraq həyat yoldaşı aşkarlayıb: "Gecə saat 2-nin yarısında məni yuxudan oyatdı. Qlşqırırdı ki, "Qalx ayağa! Qalx ayağa! Udmusan!" Dedim ki, səhv görmüsən və yenidən yatmaq istədim. Amma arvadım dedi ki, düz baxıb, qalxıb yoxladım. Başa düşənə qədər 3 dəfə diqqətlə yoxladım... İkinci dəfə böyük uduş əldə etmək çox xoş hissdir. Yeni il üçün yaxşı başlanğıcdır".

Son xəbərlər
Bütün xəbərlər »