Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın ABŞ üçün hazırladığı “milad hədiyyəsi”
Şimali Koreya ABŞ-a qarşı sərt siyasət tətbiq etməyi planlaşdırır.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, Şimali Koreya Amerika ilə baş tutacaq denuklearizasiya danışıqlarından imtina etmək istəyir. Telekanalın həmsöhbətinin verdiyi məlumata görə, görüləcək tədbirlər Koreyanın Vaşinqtona hazırladığı “milad hədiyyəsidir”.

Onların bunu etməkdə məqsədi Koreyanın statusunu nüvvə silahına sahib olan ölkə olaraq tanıtmaqdır. Lakin Koreyanın ballistik raketi sınaqdan keçirməyəcəyi qeyd olunub. Onların bu addımı Koreyanın şəhəri Phenyanın ticari əməkdaşları olan Çin və Rusiyanın münasibətlərinə zərər vura bilər.

Həmçinin, ölkənin iqtisadi inkişafı üçün Phenyanın sanksiyaları zəyiflətmək məqsədi olduğu iddia edilir. Bununla ölkə özünütəminetmə səviyyəsinə yüksələ bilər.

Qeyd edək ki, “CNN” Koreya prezidenti Kim Çen Inın ABŞ prezidenti Donal Trampın impiçmenti sayəsində “həyatda qalan” pozisiyasını tutduğunu bildirib. Onların sözlərinə görə, Phenyan Amerika ilə vaxtından əvvəl razılaşma imzalamaq istəmir: “Trampın 2020 prezident seçkilərində məğlub olma ehtimalı böyükdür”.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »