Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Elmira Axundova: “Tarixi abidələr dağılıb gedir”

Deputat: “Onları bərpa etsək, ziyarətinə minlərlə insan axışar”

“Əcdadlarımızdan bizə miras qalan tarixi abidələr, qədim qəbiristanlıqlar , qəbir daşları tədricən yox olur. Hansı rayona getsəm, mənə bu və ya başqa yerli abidənin, alban kilsəsinin qalıqlarını göstərir və xahiş edirlər ki, mərkəzi strukturlara bunların vəziyyəti haqqında məlumat verim. Həyəcan təbili çalmaq vaxtıdır. Axı belə abidələrin bəzilərinin bərpası neçə ildən sonra, ümumiyyətlə, mümkün olmayacaq”.

Bunu Milli Məclisin deputatı Elmira Axundova deyib: “Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclaslarında haqlı olaraq bildirib ki, əlavə xərclərdən danışanda gəlir mənbəyini də göstərmək lazımdır. Bu resurslar, əlavə gəlir mənbəyi kifayət qədər vardır. Bu barədə Hesablama Palatasının rəyində də çox aydın şəkildə məlumat əldə etmək olar. Bu abidələri restavrasiya etsək, inanın ki. ziyarətinə haçansa minlərlə insanlar axışacaq və vəsaiti öz cibindən ödəyəcək. Bizim büdcəyə də vəsait daxil olacaq”.

Elmira Axundova Təhsil Nazirliyinə də dərsliklərlə bağlı müraciət edib. O, dərsliklərin keyfiyyətinə toxunaraq deyib ki, dərsliklər yenidən işlənməlidir. : “Dərsliklərin keyfiyyəti heç kimi qane etmir. Məsələn, 5 ci sinif üçün “Azərbaycandili”ni analiz etdim. Bu dərsliklə nəinki uşaqlarımıza dövlət dilini öyrədəcəyik, əksinə onlarda bu dilə qarşı etinasızlıq yaranacaq”..

Deputat deyib ki, ümumtəhsil ocaqlarında şagirdləri hədiindən çox ev tapşırıqları ilə yükləyirlər: “Bəzi hallarda onların heç izahını da vermirlər. Müəllimlər öz üzərlərinə düşən vəzifələri valideynlərin üzərinə atırlar. Bunu da proqramların gərginliyi ilə izah edirlər. 6 yaşında uşaqlar məktəbdəh gələrkən, demək olar ki, axşam saat 8- 9 a qədər ev tapşırıqları ilə məşğul olurlar. Axı onlar hələ uşaqdır. Bu qədər ağır yük altında şagirdlərə məktəbə qarşı bir növ nifrət oyana bilər. Hesab edirəm ki. heç olmasa, 1-ci, 2 ci siniflərdə özəl məktəblərdəki kimi ya ev tapşırıqları heç olmamalıdır, ya da cüzi olmalıdır. Yoxsa bu uşaqlar ya idmanla, ya da incəsənətlə məşğul olmağa vaxt tapmayacaqlar. Məktəb də onlardan, sadəcə, robot insanlar yetişdirəcək. Üstəlik də uşaqlar bu qədər oturaq həyat keçirəcəklər, səhhətlərində ciddi problemlər yaranacaq”.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »