Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Xarici bankları Azərbaycanda işləməyə qoymurlar”

Azərbaycanın kredit bazarı iflic vəziyyətdədir. Ona görə yox ki, kredit almaq olmur, yox, əksinə banklar özləri bu saat müştəri “ovu”na çıxıblar. Ona görə ki, verilən fazilər yüksəkdir , həm də çox yüksək. Bəs Azərbaycanın hər zaman öyünərək çiçəklənən inkişafı deyiriksə niyə cibimiz əlimizi yandırır? Çarə yolu varmı?

İqtisadçı alim Saleh Məmmədovun fikrinə görə var, həm də bu çarə elə özümüzdədir.

Saleh Məmmədov Professor Saleh Məmmədov

“Bazarda hansısa malı satanda ona qiymət verirlər. Kredit veriləndə də ona qoyulan faiz kreditin qiyməti hesab oluna bilər. Bu bazarda tələb və təklifdən asılıdır. Bazarda tələb-təklif balansına görə qiymət formalaşır. Azərbaycanda nominal faizlər 18-30 faiz arasında dəyişir. Bu fazilə də pul götürüb hansısa bir iş görmək mümkün deyil. Hər bir istehsalın illik rentabellik dərəcəsi 15 faizdən çox olmur. İstisnaları nəzərdə tutmuram. Bu halda 20 faizlə kredit götürüb, 15 faiz gəlir əldə edən sahibkar sözsüz ki, ziyana uğrayır. Kredit resurslarının yəni təklifin olmaması bankların sistemli işləməməsi ilə əlaqədardır, resurs cəlb edə bilmirlər. Başqa ölkələrdə bank aktivlər ÜDM həddində olur. Elə ölkələr var ki, onlarda aktivlərin həddi ÜDM-dən 5 dəfə çoxdur. Məsələn hər dəfə adını qeyd etdiyim Sinqapurda bank aktivləri ildə bir trilyon dollara çatır. Bunu necə yığırlar? Qeyri nağd hesablaşma sistemini gözəl qurublar ,xarici banklardan böyük resursalr cəlb edə biliblər. Dünyanın top 100-lyünə daxil olmuş banklar Sinqapurda işləyirlərş. Biz bunu belə qura bilsək bizdə nə olar? Bizə cəmi 14 milyard kredit verilib. ÜDM isdə 80 milyarddır. Ona görə istehsal, sənaye düzgün işləmir, kənd təsərrüfatı yetərli fəaliyyətdə deyil. Dünyadakı biznesmenlər investisiyanı, inkişafı kredit hesabına təmin edirlər. Bizdə isə bu faiz 20 faiz təşkil etmir. İnvestisiya ya büdcədən gedir, ya da özəl investisiya hesabına. 2014-cü ildən etibarən bizdə neft böhranından sonra investisiyaların həcmi gündən-günə azalıb. İnvestisiya olmadan inkişafa nail olmaq olmaz. Banklar iqtisadiyyatın qan damar sistemidir onlar işləmədən olmaz. Amma monopoliyalar xarici bankların gəlişinə imkan vermir. Top 100 bankları gətirə bilsək, möhtəşəm nəticələr olardı. Onların ümumi aktivləri 80 trilyona yaxındır. Onun 0, 1 fiaizi 80 milyard deməkdir. Bu bizə xeyli yardım edərdi. Əvvəl gəlmişdilər, amma getdilər. O məşhur bankalrın bizdə filialları yoxdur.121 bankdan 114 -ü Sinqapur kimi kiçik bir ölkədə işləyir, ona görə ölkə çiçəklənir. Bunu başa gətirə bilsək bizim kredit qoyuluşumuz ən azı 100 milyard olardı və bu hərtərəfli inkişaf demək olardı.

Maliyyə resursu olmayan yerdə inkişaf yoxdur. Bunu təşkil etmək lazımdır. O zaman kredit faizləri düşərdi.

Son vaxtlar Avropaya o qədər resurs toplanıb ki, banklar mənfi faizlə işləyirlər. Bizdə böyük miqdarda valyuta ehtiyatı var. 85 milyard manatlıq ehtiyatımız var xarici banklarda. Amma korluq çəkirik. Biz bunları cəlb edib bank sistemini dirçəltməliyik.İqtisadiyyatımızın qan damar sistemindəki bu kirəclənmə bütün orqanizmin məhvinə səbəb ola bilər”,- deyə o bildirib.

Məlum məsələdir ki, xarici banklarda toplanmış vəsaitlərin amnistiyası məsləsi tez- tez gündəmə gəlir. Gizli yollarla xalqın damarlarından axıb bu gün elə xalqın başını kəsməyə hazır silah vıziyyətinə gəlmiş bu vəsaitin problemə deyil, çarəyə çevrilməsi lazımdır.Nə qədər ki, gec deyil.

Xalqın qanını sora- sora böyüyən qüvvələr ara sıra zəif salqıdları o varlığı dirçəltməlidirlər ki, işlərinə yarasın. Əks halda əllərində bitib tükənmiş bir ölü qalacaq.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »