Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Azərbaycana da Ermənistana da işləyən GMS təhlükəsizliyimizə zəmanət verirmi?”

Sabah həm Ermənistanda, həm də Azərbaycan bazarında xidmət göstərən GMS şirkətinin nümayəndələri müqavilə bağlamaq üçün Azərbaycana gələcək.

Bu barədə Bizimyol.info saytına politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə məlumat verib. Onun sözlərinə görə, şirkət nümayəndələri mətbuat konfransı keçirməyi də planlayır.

Xatırladaq ki, Ukrayna yəhudiləri tərəfindən yaradılan GMS (isveç-ukraina-israil) telefon operatoru Azərbaycana gələcək və uzun müddətli müqavilə bağlayacaq. Məsələ ilə bağlı azərbaycanlı ekspertlər həyəcan siqnalı çaldılar və biz də media olaraq məsələnin vacibliyini gündəmə gətirdik. Lakin təəssüf ki, Azərbaycan bazarında fəaliyyət göstərən əsas mobil rabitə operatorları Bakcell, Azərcell və Nar-ın bu məsələdə adı hallansa da onlar bu hadisələrə sükutla cavab vermək mövqeyi seçdilər. Göndərdiyimiz rəsmi sorğulara isə hansı səbəbdənsə cavab vermədilər. Görünür ki, susmaqla problemin unudulmasını gözlədilər.Hər bir halda onların mövqeyini göstərməyə hazırıq.

“GMS Ermənistanda fəaliyyət göstərir, və məndə olan məlumata görə Qarabağ telekom üçün də xidmətlər göstərir. GMS rəhbərliyinə sual verəndə ki ,nəyə görə Azərbaycanın 20 % torpaqlar işğal edən Ermənistanda fəaliyyət göstərə- göstərə Azərbaycanda da fəaliyyət göstərmək istəyirsiz? GMS rəhbərliyi bildirir ki, siyasətə qarışmırlar, kim zəmanət verə bilər ki, bizim danışıqlarımız Ermənistana ötürülməyəcək?. Azərbaycan məmurları niyə məhz Ermənistanla ortaq olan bir şirkətlə işləyirlər?. Niyə səhəri gün bizm səngərlərdə yatan əsgər balaların danışıqları izlənməlidir, hər məlumatımızln sızdırımayacağına, üçüncü bir ölkə vasitəsi ilə ötürülməyəcəyinə kim zəmanət erə bilər. GMS şirkətindən bu zəmanəti kim tələb edəcək. Mən üçümü Azərbaycanın mobil operatorlarına tutub soruşuram. Siz Qarabağı Azərbaycan torpağı kimi tanıyırsınız? Yoxsa bu torpağın Ermənistan tərəfindən işğal edilməsindən xəbəriniz yoxdur?. Müharibə şəraitində olan bir dövlətdə rabitə strateji məvhumdur, belə təhlükəyə niyə göz yumulur, kimin bunda marağı var?. Sizin vasitənizlə GMS rəhbərlərinə də müraciət edirəm."Siz Qarabağı Azərbaycanın qanuni torpağı kimi tanıyırsızmi?”,- deyə Elçin Axundzadə bildirib.

Ola bilsin ki, Azərbaycanda bu məlumatı yalanlayanlar tapılacaq, GMS-in gəlmədiyini deyəcəklər. Lakin GMS şirkətinin məsul nümayəndəsi Olqa Vequsun dediyinə görə, 2006-cı ildə bazara çıxmış bu şirkət 6 il sonra yəni 2012-ci ildə Azərbaycan bazarına daxil olub. Onlar beynəlxalq tələblərə uyğun biznes partnyorluğu etdiklərinin iddiasındadırlar və Ermənistanla əməkdaşlığı da inkar etmirlər. İnkar etdikləri Dağlıq Qarabağda biznes qurmalarıdır. Amma elə Ermənistanla ortaq iş görən rabitə şirkətinin “ölkəmizə qulaq asmasına” icazə verməyimiz özü –özlüyündə bir yalnış deyilmi? Təkrar qeyd edirəm, məhz ona görə ki biz müharibə şəraitindəyik.

Sabah GMS gəlir, o yatacaq bizim qulağımızda biz isə yatmışıq fil qulağında .

Son xəbərlər
Bütün xəbərlər »