Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ödəniş terminallarının mobil əlavələri istifadəyə verilir

Azərbaycanda “eManat” ödəniş terminallarının mobil əlavəsi istifadəyə veriləcək.

Bizimyol.info xəbər verir ki, “Modenis” şirkətindən verilən məlumata görə, istifadəyə veriləcək “eManat+” adlı tətbiq həm “Android”, həm də “iOS” mobil qurğuları üçün nəzərdə tutulub.

Mobil əlavə terminallarda olan müxtəlif xidmətləri onlayn ödəmə imkanını yaradacaq. Onların sırasına kommunal xidmətlərin, mobil və stasionar rabitə operatorların, internet provayderlərin, bankların, sığorta şirkətlərin və digər xidmətlərin ödənişlərin aparılması mümkün olacaq.

Qeyd edək ki, bu yaxınlarda “Komtec” şirkəti “MilliÖn” ödəniş terminalların mobil əlavəsini istifadəyə verib. “Android” və “iOS” qurğuları üçün nəzərdə tutulan bu tətbiq vasitəsilə “MilliÖn” terminallarında olan bir çox xidmətlərin onlayn ödənişini aparmaq olar.(apa)

Son xəbərlər
Bütün xəbərlər »