Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda sərnişin avtobusu 24 yaşlı piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bilgəh qəsəbəsində 172 nömrəli sərnişin avtobusu 1995-ci il təvəllüdlü Ülvi Abbasovu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »