Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türklərin genetik xəritəsi hazırlanır – Müalicə və dərmanlar milliləşdiriləcək

Türkiyə yeni və əfsanəvi bir layihənin əsasını qoyub. Genom Layihəsi çərçivəsində türk insanının genetik xəritəsinin hazırlanması üzərində çalışmalar başladılıb.

Bizimyol.info-nun xəbərinə görə, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, bu layihə xərçəng də daxil olmaqla bir çox nadir xəstəliklərin qoruyucu mərhələsi, diaqnostika və müalicəsinə dair fikir yaranmasına kömək edəcək.Türklərin genetik xəritəsi əsasında hansı xəstəliklərin hansı şərtlər altında yaranması öyrəniləcək və onların müalicəsinə dair milli dərmanlar istehsal olunacaq. Layihəyə oktyabrın 29-dan rəsmən start verildi.

İlk mərhələ olaraq 12500 nəfər üzərində çalışma başladılacaq. Gələcək illərdə gen layihəsi tutulacaq insanların sayı 100 min nəfərə çatacaq.

Artıq yanvar ayında Türkiyədə 30 min genom məntəqəsinin açılması nəzərdə tutulub.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »