Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi partiyalar bələdiyyə seçkilərini boykot edir, bəziləri isə əhəmiyyətsiz sayır

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunlarına əsasən ümumilikdə 125 seçki dairəsinin 118-də, 5015 seçki məntəqəsi üzrə keçirilib. 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb

Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüblər. Qeydə alınan namizədlər arasında ümumilikdə 30 siyasi partiyanın təmsilçiləri olub.

Bizimyol.info-nun məlumatına görə, hazırda Azərbaycdanda 56 siyasi partiya qeydiyyatdan keçib, 6 partiya fəaliyyətini dayandırıb . Məlum olduğu kimi dekabrın 23-də ölkədə növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bəs YAP-dan başqa hansı partiyalar seçkilərə qatılmaq niyyətindədir?

Apardığımız sorğu nəticəsində məlum oldu ki, Azərbaycan Demokrat Partiyası seçkilərə qatılmayacaq. Buna səbəb partiyanın bələdiyyələri önəmli funksiya, səlahiyyət daşıyan orqan olaraq görməməsidir. Klassik Xalq Cəbhəsi Partiyası da bu fikirlərlə seçkiləri boykot etmək niyyətindədir. AĞ Partiya da bələdiyyələri effektiv idarəçilik orqanı olaraq görmədiyinə görə bu prosesə qatılmayacaq.

Ümid Partiyasının namizədləri isə 900 bələdiyyədə namizədliklərini irəli sürməyi hədəfə alıblar.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »