Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su kanalında batan kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »