Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“2019-cu ildə pensiyaar 2013-cü ilə nisbətən 10 dollar aşağıdır”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yeni artım 2013-cü illə müqayisədə 10 dollar aşağıdır.

Qubad İbadoğlu

Bizimyol.info xəbər verir ki, iqtisadçı təklif edir ki, 2020-ci il yavarın 1-dən pensiyaların minimum məbləği 250 manata qaldırılsın ki, yaşlı əhali heç olmazsa, 2013-cü il səviyyəsində təqaüd ala bilsin:

“2013-cü ildə Azərbaycanda minimum pensiya 100 manat idi. Çevirəndə 127 dollar edirdi. İndi minimum pensiyanı qaldırıb, 200 manat edilər. Bu məbləğ isə hazırkı kursla 117 dollar edir. Yəni 2013-cü illə müqayisədə 10 dollar azdır”.

Qubad İbadoğlu deyir ki, əslində 200 manat özü də minimum pensiya üçün kifayət qədər aşağı məbləğdir. Çünki son 5 ildə bir neçə dəfə devalvasiya olub və manat xeyli dəyər itirib:

“Nəticədə, dollara çevirəndə indiki artımlı minimum pensiya əvvəlki aşağı minimum pensiyadan az çıxır. Bu illər ərzində ərzaq, dərman, nəqliyyat və başqa sahələrdəki qiymət artımlarını nəzərə alsaq, aşağıdır”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »