Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident bankları tənqid etdi – Ekspertdən açıqlama: “Günahkar Mərkəzi Bank və..."

Xəbər verildiyi kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Dövlət başçısı nitqində bank sektoru tənqid edib: “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”.

Əkrəm Həsənov

Bizimyol.info-ya məsələ ilə bağlı açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bankların iqtisadiyyatın real sektoruna kredit verməməsinə səbəb Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətidir: “Bankların istehlak kreditlərinin artmasına səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının buna şərait yaratmasıdır. Palata hətta buna görə bank rəhbərlərini mükafatlandırılması üçün müəyyən yumuşaldıcı normalar qəbul edib. Nəticədə banklar istehlak kreditləri verməkdə maraqlı olublar”.

Ekspert deyib ki, istehlak kreditlərinin verilməsi banklar üçün çox sərfəlidir: “Bunun bir neçə səbəbi var. Birinci bankların pulları ucuz deyil, bahalıdır. Yəni banklar Mərkəzi bankdan kredit götürə bilmirlər. Sahibkarlar da ucuz kredit almaq istəyirlər. İstehlakçılara isə banklar baha kredit verə bilirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının vəsatəti əsasında Mərkəzi Bank maliyyə vəsaitini ucuz qiymətə verməlidir. Onlar da bunu etmirlər.

Mərkəzi Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında banklara banklara 682 milyon manat məbləğindəki vəsaiti verməyib”.

Ekspert bildirib ki, banklar da istehlak kreditini verməkdə maraqlıdır: “Banklar böyük zəhmət çəkmədən böyük vəsaitlər qazanırlar. Sahibkardan borcunu ödəmək asan olmur. Amma istehlak kreditini alan şəxslərdən borcu müxtəlif alətlərə geri qaytarmaq asan olur.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »