Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp kürdlərin ünvanına ittihamla çıxış etdi

Mümkündür ki, Suriyanın şimal-şərqindəki kürd nümayəndələri ABŞ-ı qarşıdurmaya sürükləmək üçün “İslam Dövləti” terror təşkilatının həbsdə olan hərbçilərini özləri sərbəst buraxırlar.

Bunu “Twitter”də ABŞ Prezidenti Donald Tramp yazıb.

“200 ildir bir-biri ilə müharibə aparan xalqlar arasında yeni bir savaşa girmirik. Avropanın İŞİD əsirlərini almaq üçün şansı var idi, amma bunu etmədi, əvəzini ödəmək istəmədi. Dedilər: “ABŞ ödəsin”. Kürdlər bizi savaşa cəlb etmək üçün İŞİD üzvlərinin bəzilərini özləri sərbəst buraxa bilərlər”, -deyə D.Tramp qeyd edib.

"İnsanlar həqiqətənmi düşünürlər ki, biz NATO üzvü olan Türkiyə ilə müharibəyə getməliyik? Arası kəsilməyən müharibələr bitəcək!"- deyə ABŞ lideri əlavə edib. (Virtualaz.org)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »