Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı qubernator azərbaycanlı bloqerin cəzalandırılmasını istəyir - Video
Hüseyn Həsənov

Samara vilayətinin qubernatoru Dmitri Azarov azərbaycan əsilli bloqer Hüseyn Həsənovun ən qısa vaxtda və sərt cəzalandırılmasını istəyib.

Bizimyol.info xəbər verir ki, Hüseyn Həsənovun gecə yarısı dostları ilə birgə keçirdiyi avtomobil yarışı qubernatorun qəzəbinə tuş gəlib.

Qubernator qeyd edib ki, gecə yarışı iştirakçılarının nümayişkaranə şəkildə qanunları pozması yeniyetmələri bu cür hərəkətlərə təhrik edir.

Qeyd edək ki, “gecə avtoxuliqanları” Samaradakı yarışı videoya çəkərək sosial şəbəkələrdə yayıb.

Xatırladaq ki, məşhur bloqer Hüseyn Həsənov oktyabrın 6-da 12 avtomobildən ibarət karvanla Samara şəhərində gecə yarış keçirib.

H.Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.

Onun 11 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.(oxu.az)

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Ərdoğan Bakıya yola düşərkən koronavirusdan danışdı: “Tərəddüd göstərməyə haqqımız yoxdur”
Son xəbərlər
Bütün xəbərlər »