Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tramp Klintonu prezident seçkilərində iştirak etməyə çağırıb
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət katibi Hillari Klintonu qarşıdan gələn prezident seçkilərində yenidən namizəd olmağa çağırıb.

Bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mən güman edirəm ki, korrupsiya ilə məşğul olan Hillari Klinton bu imkanı solçu Elizabet Uorrendən oğurlamağa çalışmaq üçün yarışa daxil olmalıdır", - deyə Tramp yazıb.

O, həmçinin Klintonu bütün öz cinayətlərini izah etməyə və Konqresə çağırışın alınmasından sonra elektron məktubların silinməsinin səbəblərini açıqlamağa çağırıb.

Daha əvvəl də ABŞ prezidenti Donald Tramp bildirib ki, sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin prezident seçkilərində ona rəqib olmayacaq. (Report.az)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »