Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Baş nazirin iqtisadçı olması daha effektiv nəticə verər”

Xəbər verdiyimiz kimi bu gün Azərbaycana yeni Baş nazir təyin edildi. Əli Əsədov Azərbaycanın yeni Baş naziri oldu.

Bəs bu təyinat hansı zərurətdən yarandı? Bizimyol.info-nun bu sualını Qərbi Kaspi Universitetinin professoru, keçmiş diplomat və politoloq Fikrət Sadıxov cavablandırıb.

“Hazırda ölkədə sosial iqtisadi və kadr islahatları gedir. Prezident İlham Əliyev kadr islahatları həyata keçirir və bu da həmin islahatlardan biri kimi qiymətləndirilə bilər. Əli Əsədov iqtisadçıdır. O, Bakının abadlaşdırılmasında, tikinti işlərində xüsusi rola malik olub və indi də bu məsələylə məşğuldr.Yəni iqtisadiyyat üzrə yaxşı mütəxəssis olan bir şəxsin bu postda olması yaxşı daha yaxşı nəticələr verəcək.Əli Əsədov yaxşı və savadlı mütəxəssisdir. Novruz Məmmədov vaxtilə fransız dili müəllimi olub, o humanitar işlər üzrə mütəxəssis idi, alimidir, tədqiqatçıdır. Ola bilər ki, indi elə mərhələ yetişib ki, bu postda iqtisadiyyatı yaxşı bilən bir mütəxəssisin olması daha yaxşı nəticə verər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »