Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş ölkədən "Qarabağ"ımıza dəstək - FOTO / VİDEO
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları başlayır. Azərbaycan futbolunda yeni bir tarix yazaraq qrup mərhələsinə yüksələn "Qarabağ"ımız da ilk oyununu bu axşam keçirəcək.

Bizimyol.info xəbər verir ki,qardaş ölkədən "Qarabağ"ımıza fərqli formatda dəstək gəlib.Belə ki,Türkiyəli reperlər Yunus Emre və Frekans "Qarabağ"ımız haqda "Yürü Qarabağ" adlı rep bəstələyib.

"Qarabağ FK" öz feysbuk səhifəsində rep videosu və təşəkkür mesajını paylaşaraq qarşılıq verib.

Bizimyol.info həmin paylaşımı və rep videosunu təqdim edir:

Qeyd edək ki,Azərbaycan təmsilçisi "Qarabağ FK" "Stemford Bric" stadionunda "Çelsi"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »