Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan sazına aşiq olan amerikalı aşıq oldu – Video

Amerikalı etnomusiqiçi Ben Viller 7 il öncə Qafqaza səyahət edərkən Azərbaycan sazına əsir düşəcəyini bilmirdi.

Dünyanın bir çox ölkələrini gəzmiş musiqiçini Qafqaz melodiyaları özünə heyran edib. Tbilisidə Azərbaycan aşıq məktəbi ilə tanış olan Ben sazın səsinin sehrinə düşüb və saz çalmağa qərar verib. Ben artıq 5 ildir Tbilisidə fəaliyyət göstərən dərnəkdə aşıq Nargilədən saz dərsləri alır. Yeganə dərdi Azərbaycan dilini bilməməsidir. Ben deyr ki, əsl aşıq həm çalmalı, həm də oxumalıdır: “Saz sənəti mənəvi dünyamıza qapı açır. Təəssüf ki, dili bilmədiyimə görə mən özümü mükəmməl aşıq hesab etmirəm. Azərbaycan aşıq sənətində Borçalı aşıq məktəbinin dəsti-xəttini daha çox bəyənirəm. Ən sevdiyim saz havası isə ruhanidir”.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »