Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
Salyan rayonu

Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb.

Xəbər TV-yə xəbər verir ki, rayon sakininin sözlərinə görə, həytədə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb.

Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.

Qadın çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Gülzar Məmmədovaya quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb.

Gülzar Məmmədova bildirir ki, bu, çaqqalların təsərrüfatlara ilk hücumu deyil.

Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »