Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran total müharibə anonsu verdi

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif total müharibə anonsu verib.

Məhəmməd Cavad Zərif

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, nazir ölkəyə Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumla əlaqədar hərhansı bir ölkənin İrana daxil olması total müharibəylə nəticələnəcəyini bildirib.

O, İrana edicələk hücumun İran Körfəzi bölgəsində gərginlik yaradacağını və çoxsaylı insanın tələf olacağını qeyd edib.

Bildirilib ki, Zərifin bu anonsu ABŞ-ın Dövlət Katibi Mark Pompeonun "Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücum "müharibə aktıdır". Vaşinqton Tehrandan şüphələnir" sözlərinə verdiyi cavabdır.

"Biz müharibənin başlanmasını istəmirik. Lakin öz torpaqlarımızı qorumaq üçün "gözümüzü belə qirpmarıq" - deyə Zərif bildirib.

Qeyd edək ki, 14 sentyabr tarixində Səudiyyə Ərəbistanın milli neft şirkəti olan "Saudi Aramco"da yanğın baş verib. Yanğından bir qədər əvvəl isə ərazidən dronlar (pilotsuz uçuş təyyarələri) keçib.

Olanları boynuna alan "Ansar Allah" üsyançıları zərərçəkən ölkəyə bir daha hücüm edəcəklərini bildiriblər.

ABŞ-ın Dövlət Katibi Mark Pompeo Səudiyyə Ərəbistana hücum etməkdə Tehranı təqsirləndirib. Amerika senatoru Lindsi Qrem isə Tehranın neft obyektlərinə hücum etməyi təklif edib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »