Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmamoğlu sürücülərə saqqal saxlamağı qadağan etdi

İstanbul meri Əkrəm İmamoğlu şəhər nəqliyyat sektorunda islahatları davam etdirir. Bir sıra tədbirlərin ardınca sürücülərə saqqal saxlamaq qadağan olunub.

Bizimyol.info xəbər verir ki, İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) idarəsi bütün sürücüləri bununla bağlı məlumatlandırıb. İşə çıxan sürücülər hər gün üzünü qırxmalıdır.

İETT avtobus sürücülərinin birindən şikayətdən sonra belə addım atmaq qərarına gəlib. Nəqliyyat idarəsi onların daha məsuliyyətli davranmasını istədiyini açıqlayıb.

Havalar soyuyandan sonra sürücülərdən qalstuk taxması da tələb olunacaq. Havaların yaxşı keçdiyi aylarda bu tələb aradan qaldırılır.

Son xəbərlər
Bütün xəbərlər »