Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qorxudan dizim əsdi” deyənlər yanılmayıblar - Qorxu hormonu sümüklərdə istehsal olunurmuş

Alimlər aydınlaşdırıblar ki, insan skeletinin istehsal etdiyi osteokalsin adlı hormon insan qorxduğu anlarda yaranır. Yəni keyfiyyətcə adrenalinə bərabər olan osteokalsin əslində qorxu hormonudur.Bu günə qədər həyəcan hormonu hesab olunan adrenalini böyrəküstü vəzlər istehsal edir.

Kolumbiya Universitetinin alimlərinin apardıqları eksperiment zamanı məlum olub ki, böyrəküstü vəzi götürülmüş siçanlar təhlükəyə qarşı normal siçanlar qədər effektiv cavab veriblər. Bundan sonra alimlər bədəndə başqa hansısa qorxu hormonunun olması ehtimalını irəli sürüblər və bu ehtimal özünü doğruldub. Alimlər böyrəküstü vəzi götürülmüş siçanları elektrik zərbəsi və sair yollarla qorxudublar. Eyni təcrübə insanlarda da aparılıb və məlum olub ki stress anlarında insan qanında osteokalsinin səviyyəsinin yüksəldiyi aşkarlanıb.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »