Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı - Ekspertin şərhi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birinci sinfə şagird qəbulunun vaxtı uzadıldığını bildirdi.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.

Mövzu ilə bağlı Bizimyol.info-ya açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, dərslərin başlanmasına baxmayaraq bir sıra səbəblərdən övladını qeydiyyatdan keçirə bilməyən valideyinlər var.

Kamran Əsədov Kamran Əsədov

"İlk növbədə qeyd edim ki, 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 13-dən başlayıb. Dərslərin başlanmasına baxmayaraq bir sıra səbəblərdən övladını qeydiyyatdan keçirə bilməyən valideyinlər var. Nəzərə alsaq ki, bu il 164234 nəfər 1-ci sinifə dərsə başlayıb, hələ də bu imkandan yararlana bilməyənlər var. Bunu bir neçə səbəbi var. Birincisi 1-ci sinifə daha çox şagird rus bölməsi üzrə dərsə başlaya bilməyib. Belə ki, hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Amma kifayət qədər rus bölməsi üzrə şagird yer olmadığı üçün dərsə başlaya bilməyib. Digərləri, yəni Azərbaycan bölməsi üzrə təhsil almaq istəyənlər də məhz yer olmadığı üçün dərsə başlaya bilməyib",-deyə ekspert bildirib.

K.Əsədov deyib ki, BŞTİ sistemə müraciət edib amma qeydiyyatdan keçməyənlərin olduğuna görə qeydiyyat müddətini uzatdı: "Hətta öz evinin yanındakı məktəbə yer olmadığı üçün qeydiyyatdan keçə bilməyən yüzlərlə şagird var.

Digər səbəb isə, xarici ölkələrdə istirahət üçün gedənlərlə bağlıdır. Belə ki, onlar ölkədə olmadıqları çün qeydiyyatdan keçə bilməyiblər. Rayonlardan paytaxat Bakıya köçənlər var ki, onlar ərazi üzrə qeydiyyata düşmədiyi üçün gecikmələr olub.

Hesab edirəm ki birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. Amma əlavə yerləşdirmə siniflərdə şagird sıxlığını artırmamalıdır. Bu zaman siniflərdə şagird sayını nəzərə almaq lazımdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »