Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Manatlıq taksi"lərdən şikayətlənənlərin sayı artmaqdadır

Bakıətrafı ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına 1 manat müqabilində sərnişin daşıyan taksilərin sayı artmaqdadır.

"Bizimyol.info" xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "manatlıq taksi"ləri insan həyati üçün təhlükəli hesab etdiyini vurğulayıb.

Vaqif Əsədov Vaqif Əsədov

“Sürücülər “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”. - deyə Əsədov bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »