Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məni xərçəng yox, hakimiyyət öldürəcək"
17 yaşında qan xərçəngindən dünyasını dəyişən gəncin məktubu bütün Türkiyənin qəlbinə toxunub.

"Bizimyol.info" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin milli rəqqası Kaan Özelçamın yazdığı məktubu onun ölümündən sonra "Sir Alex Cansin" twitter səhifəsində paylaşılıb. Sir Alexin paylaşımı bu sözlərlə başlayır:

"Kaan artıq yoxdur. Vəsiyyətini yerinə yetirərək bu məktubu sizlərlə paylaşıram. Kaan bu məktubu yazıb anasına vermişdi. Öz özümə "bu məktub öz ünvanına çatmalıdır" dedim. Buyurun, siz də oxuyun:

"Mən 6 il əvvəl qan xərçəngi xəstəliyinə yoluxdum. Ankaranın "Lösante" xəstəxanasında müalicəyə başladım. Bu prosedurlar iki il dəvam etdi. "Sağaldım" dedim, lakin yenidən xəstəliyim özünü biruzə verdi. Yenidən 3 il müddətində müalicəyə başladım. Anama və qardaşıma bu xəstəliyi məğlub edəcəyimə söz verdim. Lakin xərçəng məni yenidən gəlib tapdı. Ümidimi itirəcəyimdən qorxurdum, amma həkimlər mənim imdadıma yetişdi. Onlar mənə , "sənə sümük iliyi köçürəcəyik, sağalacaqsan" dedilər. Sümük iliyinin köçürülməsini də elə "Lösante" xəstəxanasının həkimləri həyata keçirirdi.

Mənim xəstəxanadaki palatamda onlarda filtr var. Ən kiçik toz dənəsini, gözəgörünmək miktobları məhv edən filtrlar. Həkimlər də özəl maddələrdə yuyunub, xüsusi geyimdə gəzirlər. Yanıma anamdan başqa heçkəs buraxılmır. Anam isə xəstəxanadan çıxa bilmir. Sanki fanusda yaşayıram. Qapıların biri bağlanmadan digəri açılmır. Yəni, sağlamlığım üçün hər cür şərait yaradılıb. Bir gün həkim gəlib mənə, "Səni radioterapiyayla (şua mualicəsi) mualicə etməyə başlamalıyıq" dedi. Daha sonra isə sümüyünə ilik köçürəcəyik. Amma radioterapiya qəbul etmək üçün başqa xəstəxanaya getməlisən" dedi. Ondan bu alətin bizim xəstəxanada olub-olmadığını soruşdum. O isə mənə "Bəli var. Dünyanın ən yaxşı cihazi var bizdə. Lakin istifadə edə bilmirik" dedi. Səbəbi isə Səhiyyə Nazirliyinin icazə verməməsi idi. Hətta, "Türkiyə Atom Enerji Qurumu"ndan da sənədli icazələrinin olduğunu bildirdi. İndi siz düşünün, millətin pulları ilə alınmış 5 milyon dollarlıq cihaz "Lösante" xəstəxanasında çürüyür, mən isə müalicəni almaq üçün bu halımla, həyatımı təhlükəyə ataraq xəstəxanadan çıxıb, buradan səviyyə baxımından daha geridə olan özəl xəstəxanaya getməliyəm.

Son olaraq sizə demək istədiyim budur: "Məni xərçəng öldürə bilmədi, amma bürokratiya canavarı, hakimiyyət öldürəcək". Bəlkə də sayılı günlərim qalıb. Mən görmədim, lakin siz bu məktubu hərkəsə çatdırsanız, bəlkə qan xərçəngindən əziyyət çəkən digər uşaqlar o alətdən istifadə edə biləcək.

İmza: Kaan Özelçam".

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »