Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın Rusiya banklarına kiberhücumu: Ruslar təkzib edir

Qərb mətbuatı Şimali Koreyanın Rusiya banklarına kiberhücumundan yazır. “Sberbank”ın sədr müavini Stanislav Kuznetsov yazılanları təkzib edib.

Bizimyol.info xəbər verir ki, Kuznetsov kiberhücumların olduğunu etiraf edib, amma tamam başqa istiqamətdən. “Sberbank” rəhbərliyi daha çox ABŞ-a eyham vurur, Şimali Koreya versiyasını mif adlandırır. Halbuki avqustun 21-də “Silence” haker qrupunun Rusiya banklarına da hücumu haqda məlumatlar gəlmişdi. Ümumi zərərin 300 milyon rubla çatdığı (təxminən 5 milyon dollar) bildirilir.

“Silence” haker qrupunun böyük kiberhücumlarıyla bağlı xəbərlər maydan gəlir. Əvvəlcə Qırğızıstanda və Hindistanda uğurlu əməliyyat keçirmişdilər. Sonra Çili, Bolqarıstan və Qana bankları zərər görmüşdü. Ardınca Rusiya banklarına hücum olmuşdu.

Şimali Koreya hakerlərinin indiyə qədər 20 milyard dollara yaxın oğurladığı deyilir. Kiberhücumlar dövlət rəhbəri Kim Çen Inın əsas maliyyə mənbələrindən sayılır.

Son xəbərlər
Bütün xəbərlər »