Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pul almaq üçün gəlin maşınının qarşısını paltaryuyanla kəsdi - Video

Türkiyənin Ardahan şəhərində gəlin maşınının qarşısını maraqlı metodla kəsiblər. Kaptanpaşa məhəlləsində paltaryuyan maşın satan kişi əşyalardan birini pul almaq üçün istifadə edib.

Bizimyol.info xəbər verir ki, Ardahanda yaşayan Fərdi Yıldırım mağazasının önündən keçən gəlin maşınının qarşısını paltaryuyanla kəsib. Hadisənin foto və videosu sosial şəbəkələri bəzəyib. Videogörüntülərdən onun istəyinə çatdığı sezilir. Fərdi bəxşiş alandan sonra maşın karvanının getməsinə mane olmur.

Mağaza sahibi etiraf edib ki, bu metoda tez-tez əl atır. Amma hər dəfə pul ala bilmir. Bəylərin bir çoxu ona pul verməkdən boyun qaçırmır. Ümumilikdə Fərdi qalmaqal yaşamır, hər şey sakitliklə ötüşür.

Yıldırım etiraf edib ki, daha çox həftəsonu paltaryuyan maşınını yol kəsmək üçün küçəyə çıxarır.

Son xəbərlər
Bütün xəbərlər »