Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbirlərin dağıdılaraq satılması iddiasına bələdiyyədən açıqlama - Video

Sosial mediada Xırdalan qəbiristanlığındakı, Qarabağ müharibəsində həlak olmuş Əfqanıstan vətəndaşlarının məzarlarının dağıdılaraq yerlərinin satılması ilə bağlı xəbərlər yayılıb.

Bizimyol.info xəbər verir ki, vətəndaşlar qəbirlərin dağıdılaraq satılmasına etiraz olaraq Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər.

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov bizimyol.info-ya açıqlamasında qəbir yerlərinin dağıdılmasının həqiqətə uyğun olmadığını deyib.

“Bu barədə yayılan xəbərlər reallığı əks etdirmir. Əfqan qəbirlərinin dağıdılaraq yerlərinin başqasına satılması ilə bağlı yayılan məlumat doğru deyil. Əfqan qəbirlərinin olduğu ərazi hasara alınıb. Orada bir azərbaycanlı məzarı da yoxdur. Daha bu barədə açıqlama verməkdən yorulmuşam”,-deyə bələdiyyə sədri bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »