Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi
iran-israil-uz

İsrail hərbçiləri, İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində “bir sıra terrorçu hədəfləri”nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran “Əl-Kuds” birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

Qarşısı alınan hücumun planı silahlarla təchiz edilmiş pilotsuz uçuş aparatılarından İsrail hədəflərinə qarşı istifadə idi”, - deyə hərbçilərin açıqlamasında bildirilir.

İran hərbçiləri və şiə dəstələri arasında itkilərin ola biləcəyi istisna olunmayıb.

Bundan əvvəl isə Dəməşq səmasında güclü partlayışlar müşahidə edilib. Suriya hərbçilərinin bildirdiyinə görə, hücumlar İsrail aviasiyası tərəfindən Golan yüksəkliklərindən Dəməşq istiqamətində həyata keçirilib və raketlərin əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu da gecə saatlarında həyata keçirilən hərbi əməliyyatı təsdiqləyib və bildirib ki, İranın ölkəyə hücum planının qarşısı alınıb.

Paylaş »
››› “Nərmin cinayətini açmaq üçün polislər məndən informasiya istədilər” - Tanınmış ekstrasens
››› Qarlı hava üzündən avtomobillər yolda qalıblar
››› Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı
››› "Kirayə evlər" layihəsində biabırçı qiymətlər - kredit variantından baha başa gəlir
››› Mübariz Mənsimovdan Hadı Rəcəbliyə cavab: “YAP-çı deputatların xalqa xeyri dəyməyib”

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »