Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taxta bazarındakı yanğında yaralanan FHN əməkdaşı evə buraxıldı - Video

Dərnəgül ərazisində yerləşən taxta bazarındakı yanğın zamanı xəsarət alan FHN əməkdaşının adı bəlli olub.

Bu, 1985-ci il təvəllüdlü Nurlan Fikrət oğlu Nağdaliyevdir.

Sağ ayağın əziyi diaqnozu ilə xəstəxanaya çatdırılan N.Nağdalıyev ambulator müayinə üçün evə buraxılıb.

17:49

Bakıda Dərnəgül ərazisində yerləşən taxta bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) üç əməkdaşına yerində yardım edilib.

Daha üç nəfər (onlardan iki nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Son xəbərlər
Bütün xəbərlər »