Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Dedi sənin internetin başdan ayağa dezinformasiyadır...”
Dmitri Qordon

“Exo Moskva” radiostansiyasının baş redaktoru, nüfuzlu rusiyalı jurnalist Ukraynanın Gordon.ua saytının və eyni adlı televiziyanın rəhbəri Dmitri Qordonun “Bizimkilər” müəllif proqramına geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, bu söhbət Venediktovun Kiyevə növbəti səfəri zamanı baş tutub. Söhbət zamanı Venediktov Krım və Donbass məsələsindən tutmuş Putinlə söhbətinə, SSRİ rəhbəri olmuş Mixail Qorbaçovla vaxtaşırı olaraq görüşüb araq, pivə içməsinə qədər bir çox mövzularda danışıb.

Dmitri Qordon Venediktovdan soruşub: “Siz dediniz ki, artıq 88 yaşlı Mixail Sergeyeviç Qorbaçov da internetdən istifadə edir. Putin niyə internetdən istifadə etmir?”

Venediktovun cavabı belə olub:

-Bu köhnə söhbətdir. Haradasa üç-dörd il əvvəl mən həmin sualı ona verdim. Və o mənə dedi: “Sənin internetin (mənim internetim!)-başdan ayağa dezinformasiya və manipulyasiyadır. “Budur bax”,-dedi və qovluqların yığıldığı masanı göstərdi.-“Hər birinin altında generalın imzası var, əgər məni aldatsalar (mən isə həmin informasiyaların əsasında milyonlarla adamın asılı olduğu qərarları qəbul edirəm), mən onların poqonlarını qopararam...Sizin bu nikləriniz isə-ümumiyyətlə, o nədir elə?!” Bu, haradasa dörd il əvvəl olmuşdu, indi necədir-mən bilmirəm.

Venediktov etiraf edib ki, Putindən qorxur.

-Siz Putindən qorxursunuz?

-Bəli.

-Bəli?

-Əlbətdə.

-Fiziki olaraq?

-Yox. Mən qorxuram ki, o məsələn, “Exo” barədə qərar verər, mənimlə danışmadan. “Exo”nu barmağının bir işarəsi ilə bağlaya bilər.

Putinlə dəfələrlə görüşmüş jurnalist əlavə edib ki, Rusiya prezidenti “Exo Moskva”nı dinləyir, maşında gedəndə də radionun xəbərlər proqramına qulaq asır, habelə radionun saytındakı materialların xülasəsini hər gün alır.

Paylaş »
››› Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Övladını itirən əməkdar artist danışdı: "Onun da mənim kimi ruhu ağrısın" - Video
Son xəbərlər
Bütün xəbərlər »