Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Makqreqor viski içmədiyinə görə yaşlı kişini vurdu - Video

Dünya şöhrətli idmançı Konor Makqreqorun yaşlı kişiyə sol əli ilə yumruq vurduğu məqam müşahidə kameralarına tuş gəlib.

Xoşagəlməz hadisə aprel ayında baş verib.

Konor Dublin barlarından birində dincələrkən oradakı müştərilərin hamısını viskiyə qonaq etmək qərarına gəlib. Yaşlı müştərilərdən biri isə viskinin dadına baxmaqdan imtina edib. Bunu görən UFC-nin qalmaqallı çempionu həmin şəxsi cəzalandırmaq istəyib.

Kişinin yaşlı olması, mübahisə etmək istəməməsi də Konorun qarşısına sədd çəkə bilməyib. İdmançı bərk qəzəblənərək kişinin başına zərbə endirib. Hadisədən dərhal sonra dostları əsəbi Konoru bardan çıxardıblar.

Polis hadisə ilə bağlı istintaqa başlasa da, işin gedişatı açıqlanmır. Konor isə hadisə ilə bağlı hələ də açıqlama verməyib.

Paylaş »
››› İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Türkiyə bu qızın ölümünə ağlayır - Foto
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
Son xəbərlər
Bütün xəbərlər »