Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyaya yeni qasırğa yaxınlaşır

Bu il sayca onuncu qasırğa olan “Krosa” Yaponiyanın cənub-qərb sahillərinə yaxınlaşır.

Trend-in məlumatına görə, hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.

Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb.

Son xəbərlər
Bütün xəbərlər »