Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəmirdə reyd zamanı onlarla sürücü cərimələnib - Video

Kürdəmir rayonunda “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçrilib.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, səbəb son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinin istismarının atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərməsidir.

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının birgə keçirdiyi reyd qanunvericiliyə uyğun olaraq tədbirlər görmək məqsədi daşıyır. Reyd həmçinin baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücülərlə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Tədbir çərçivəsində bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək təkrar yoxlama tələb ediblər. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və nəqliyyat vasitəsinə əlavə konstruksiya edən sürücülər də aşkarlanıb.

Reyd zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb və onlardan 50-yə yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Quş qripi xəstəliyi ilə bağlı diqqət olunmalı 7 qayda - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »