Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarderlərin tətili: bir günlük kirayəsi 400 min avroya olan yaxtalar, 531 dollarlıq çəkələk və...

Dünyanın ən varlı insanlarının tətilləri fərqli olur. Super varlılar ultra müasir yaxtalarda, ən bahalı geyimlərdə dənizin və Günəşin dadını çıxardıqları halda, İngiltərə kraliçasının nəvəsi də iş adamlarına tövsiyyələr verərək, cibini doldurur.

Bizimyol.info Musavat.com-a istinadən varlıların tətil vərdişləri ilə bağlı maraqlı detalları paylaşır.

Onlayn alış-veriş saytı olan Amazonun sahibi amerikalı Ceff Bezos 111.7 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı ünvanına sahibdir. 55 yaşındakı Bezos keşmiş arvadına ödədiyi 38 milyard dollarlıq təzminata baxmayaraq, öz varlı həyatından heç nə itirməyib.

O, bu yay gündəlik kirayəsi 400 min avro olan bir yaxtada Ağdənizi gəzib. Sevgilisi Lauren Sanchez ilə Fransını məşhur sahili olan Saint Tropezdə jurnalistlərin obyektivinə tuş gəlib. Bezosun tətil geyimlərinə xərclədiyi pullar isə müzakirə mövzusu olub.

Bezosun Prada markalı çəkələyinin qiyməti 531 dollar, dəniz şortiki 209 dollar, eynəyi isə 365 dollar olub.

Sahibi olduğu kosmetika markası “Kylie” ilə dünyanın ən gənc milyarderi olan amerikalı model Kayl Cenner isə 22 yaşını 250 milyon dollarlıq yaxtada qeyd edib. Kayl Cennerin içində beach klubu, kino, helikopter meydanı və bir neçə üzmə hovuzu olan “Tranquility” adlı yaxtanı 1.2 milyon dollara kirayələdiyi üzə çıxıb.

Yaxtasını İtaliyanın Kampaniya bölgəsində yerləşən Amalfi sahilindəki Positano şəhərində saxlayan model 22 nəfərlik ad günü şənliyində ailəsi və dostları ilə birlikdə idi. Qrupa 29 nəfərlik heyət qulluq edirdi. Yaxtada bir suit, üç VIP otaq, bir SPA, bir gözəllik salonu və bir idman salonu da yerləşir.

AĞIL VERƏRƏK, PUL QAZANIR

İngitərə kraliçasının nəvəsi, 38 yaşlı Zara Tindallın illik 100 min sterlinq müqabilndə iş adamlarına tövsiyyələr verdiyi ortaya çıxıb. Honq Konqlu iş adamı Con Honun şirkətlərində müstəqil olaraq idarəedici kimi çalışan Tindallın Honu digər iş adamları ilə tanış etdiyi və tövsiyyələr verdiyi üçün yüz minlərlə sterlinq qazandığı ortaya çıxıb. Bu tövsiyyələrin arasında at yarışları məsləhətləri vermək də var. Tindallın indiyə qədər şirkətin iki toplantısına telefonla qoşulduğu öyrənildi. Tindall İngiltərənin taxt ardıcıllığında 12-ci sırada yer alır.

Bu qış da dünya varlılarının tətil məsrəfləri ilə bağlı dosye hazırlanmışdı. Siyahıda böyük pullar xərcləyib, tətil edən varlıların məsrəfləri qeyd edilmişdi. Onlardan bəzilərini yada salaq:

Sofiya Abramoviç - Roman Abramoviçin 24 yaşlı qızı Maldivə yollanıb. Bayram tətilini dostları ilə adada keçirən qız fotolarını da sosial şəbəkədə paylaşıb. O, "One&Only Reethi Rah" beşulduzlu oteli seçib. Oteldə bir gecə qalmaq üçün 2450 dollar ödəməlisən. Bu qiymətə isə ancaq səhər yeməyi daxildir.

Maya Semak - məşhur məşqçi Sergeyin qızı sevgilisi ilə qış istirahətinə üstünlük verib. Sank-Morisə gedən cütlük gecəsi 747 dollar olan "Kulm Hotel St. Moritz" oteldə qalıblar.

Rusiyanın energetika nazirinin qızı, 21 yaşlı Alina Novak Andorra knyazlığına gedib. O, istirahətə sevgilisi ilə birlikdə yollanıb.

Partilərin ən qlamur qızı olan Arina Kuzmina Seyşel adasına yollanıb. Anası Marina ilə getdiyi səyahətdə Arina "Four Seasons Resort Seychelles at Desroches Island" otelində qalıb. O, gecəsi üçün 1350 dollar ödədiyi oteldən açıq-saçıq fotolarını da yayıb.

Amerikanın “Forbes” jurnalı isə milyarderlərin necə və neçəyə tətil etməsi ilə bağlı dosye hazırlayıb.

Bu kartın istifadə edilməmə məsrəti 2.500 dollardır

Bu kredit kartını siz istəsəniz yox, referans şəxslər sizin almanızı istəyərsə ala bilirsiniz. American Express, Centurion kartı neçə nəfərə verdiklərini və kart sahiblərini necə seçdiklərini açıqlamırlar. Amma danışılanlara görə, illik xərcləmə səviyyəniz ən azı 250 min dollar olmalıdır. Kartın illik abunə haqqı 2500 dollardır. Kartla birlikdə müxtəlif məsləhət xidmətləri də verilir.

80 min dollar maaşla asistent

Bir maşın sifariş vermək və ya təyyarə kirayələmək milyarderlər üçün vacib detallardır. Bunlar və buna bənzər işlər üçün bir asistent lazımdır. Amerikadakı Fogarty Knapp & Associates adlı şirkət varlı şirkət rəhbərlərinə asistent tapır. Asistentin məvacibləri isə Amerikada illik 50-80 min dollar arasında dəyişir.

Bir milyarder hər zaman bir yaxtaya ehtiyac duyur. 85 metrlik Annaliesse adlı yaxta satılıqdır. Onun qiyməti 79 milyon avrodur.

Özəl təyyarə ilə 14 saat fasiləsiz uçuş

ExcelAire Amerikanın helikopter və təyyarə kirayələmə şirkətidir. ExcelAire Global Express təyyarəsini artıq bazara çıxarıb. Bu təyyarə Nyu Yorkdan Tokioya 14 saat boyunca enmədən uça biləcək. Özəl təyyarələrdə bu qədər uzun məsafəni uçmaq yeni bir şeydir. Nyu Yorkdan St. Martenə gediş-gəliş 40 min dollara başa gəlir.

CANGÜDƏNLƏRİN BİR GÜNLÜK MƏVACİBİ 2 MİN DOLLARDIR

Executive Group Holdings'in qurucusu Mayk Faux karyerası boyunca Maykl Ceksondan Devid və Viktoriya Bekemə qədər bir çox məşhurun mühafizəsi ilə məşğul olub. Fauxun şirkəti bu gün şirkətlərin rəhbərlərini mühafizə edir. Təhlükəsizlik heyəti, cangüdənlər şirkət rəhbərlərinin canını qoruyur. Onların gündəlik xərci 2 min dollara qədər çıxa bilir.

4 MİN 550 DOLLARA SƏYAHƏT ÇANTASI

Milyarderlərin səyahət çantası da normal çantalardan çox bahadır. Louis Vuitton səyahət çantalarının qiyməti 3 min 800 dollardan başlanır. Ən bahalı çanta isə 4 min 550 dollardır.

Tigor Woods ilə qolf dərsi

Amerikalı səyahət şirkəri Fişer Travel, müştərilərindən 50 min dollar üzvlük haqqı və 10 min dollar illik pul alır. Bahalı görünə bilər, amma təqdim etdiyi xidmət çox özəldir. Onlar varlılara özəl tətil planlaşdırma, Tiger Woods kimi peşəkarlara qolf dərsləri və ya məşhur şef aşbaz Con Corcs Vongerichtenin şəxsən hazırladığı bir yeməyi yeyə bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »