Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir

Moskva ətrafında mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı böyük borca düşüb. Onun borclarının məbləği 2 milyard rubla (təxminən 30 milyon dollar) çatıb.

Bizimyol.info xəbər verir ki, Moskva vilayətində yerləşən Voskresensk şəhərində “JEK”in xadiməsi böyük borcu ödəmək məcburiyyətində qalıb. Qadın əməkdaş ayda uzağı 15 min rubl (200 dollardan çox) ödəyə biləcəyini söyləyib.

“JEK” işçisinin dediyinə görə, bir neçə il əvvəl səriştəsizliyindən istifadə edərək, ona bəzi sənədlərə imza atdırıblar. Beləcə, bir şirkətin təsisçisi və direktoruna çevrilib. Amma özünün bundan xəbəri olmayıb. Şirkət bankdan 32 milyon dollar götürüb, sonra müflis elan edilib. İndi borc qadının üzərində qalıb.

Əmanətlərin sığortalanması agentliyi 2 milyard dolları qadından almaq fikrindədir. İş məhkəmədədir. Qanunvericiliyə görə, 30 min rubl məvacib alan mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı bunun maksimum yarısını iddiaçı tərəfə verə bilər. Deməli, borcun qaytarılması üçün 259,7 il gözləmək lazımdır.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »