Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif edib
Neymar

İspaniyanın "Real Madrid" klubunun Fransa PSJ-sində çıxış edən Neymara təklif etdiyi illik məvacib bəlli olub.

"Report" Sport.es saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 27 yaşlı hücumçuya 5 illik sözləşmə ilə illik 40 milyon avro təklif edib. Bildirilib ki, braziliyalı oyunçu hələ ki, bu təklifə cavab verməyib.

İspaniyanın digər nəhəng klubu "Barselona"nın isə Neymar üçün klubuna 250 milyon avro təklif etdiyi iddia olunur. Ulduz futbolçu "Real Madrid"in təklifinə müsbət cavab versə, Messidən sonra ən çox məvacib alan oyunçu olacaq.

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. Neymar daha öncə Paris klubunun rəhbərliyinə ayrılmaq istədiyini bildirib.

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
››› Ad günündə sevgilisini və dostunu güllələdi
››› SOCAR-ın yüksək vəzifəli əməkdaşının qardaşı Xəzərdə itkin düşdü
Son xəbərlər
Bütün xəbərlər »