Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada Bakının mərkəzində qəzaya səbəb oldu – Video

Piyada metro keçidinin olduğu yerdə avtomobil yolundan keçməsi nəticəsində qəza baş verib.

Bizimyol.info xəbər verir ki, bu gün Bakının Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.

Hadisə avtomobilin kamerasının yaddaşına anbaan köçüb.

Görüntüdən aydın olur ki, yaşlı bir nəfər keçid olmayan yerdə və avtomobillərin sürətlə hərəkət etdiyi yolda asta sürətlə yolu keçməyə çalışır. O, sol hərəkət zolağı ilə sürətlə irəliləyən avtomobilin onu vurmasından bəxtəbəxt xilas olur.

Amma sürücü avtomobillə adamı vurmamaq üçün manevr etməyə çalışdı, özü qəza törətdi, yolun o biri tərəfinə düşdü, amma qoca kişi sürətlə oradan uzaqlaşdı.

Hadisənin şahidi qəza ilə bağlı bunları bildirib: “Allahdan qarşı tərəfdə sürətli axın yox idi. Yoxsa qarşıdan gələn maşınla da toqquşub faciəyə səbəb ola bilərdi. Bütün bunların hamısı isə piyadanın keçid olmayan yerdən keçməsi səbəbindən oldu. Özünüzü fikirləşmirsiz, heç olmasa qarşı tərəfi, öz ailənizi fikirləşin”.

Hadisənin videogörüntüsünü təqdim edirik:

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »