Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublika Kinematoqrafçılar İttifaqı gənclər üçün təsis edilmiş ilk “Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilmiş “Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Bizimyol.info-ya bildirib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə İttifaqın gənc üzvü Fariz Əhmədov “Yeni Nəfəs”( mükafatı 1000 manat) Milli Kino mükafatına layiq görülüb.

Fariz Əhmədov

Bundan başqa İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarlara Həsən Seyidbəyli və Rasim Ocaqov adına medallar təsis edib.

Eyni zamanda Respublika Kinematoqrafçılar İttifaqı məşhur kinorejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətiylə təqaüd təsis edib. Bununla yanaşı kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar təsis edilib.

Mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »