Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoxa çıxan hərbi təyyarənin pilotu haqqında yaxınından açıqlama: “Hələ ümidlərimizi itirməmişik”

Xəzər dənizində itkin düşən Hərbi Hava qüvvələrinə məxsus "Miq-29" təyyarəsinin itkin düşən pilotu tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.

Bu barədə bizimyol.info-ya Q.Hüseynli özü məlumat verib. MiQ-29 hərbi təyyarəni idarə edən pilot polkovnik-leytenant Rəşad Atakişiyev olub.

“Biz hələ ümidlərimizi itirməmişik. Axtarışlar davam edir. Axtarışların nəticəsindən asılı olaraq açıqlama verəcəyik”,-deyə Q.Hüseynli bildirib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə ötən gecə baş verib. Qeyd edilir ki, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »