Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da həbsdən buraxılan türkiyəli bankir İstanbula göndərildi

ABŞ-da həbsdən buraxılan Türkiyə “Halk” bankı baş direktorunun keçmiş müavini Mehmet Hakan Atilla iyulun 24-də Nyu-Yorkdan İstanbula göndərilib.

Onu Nyu-Yorkdan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və Baş konsul Alpər Aktaş yola salıblar.

Hakan Atilla 2017-ci il martın 27-də Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda həbs olunmuşdu. Ağ Ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edirdi. ABŞ məhkəməsi M.H.Atillanı 32 ay müddətinə azadlıqdan məhrum etmişdi. Onun cəzası başa çatıb və azadlığa buraxılıb. (report)

Son xəbərlər
Bütün xəbərlər »