Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin məktəbdə dəftərdən istifadəni azaltmağa çağırır

Rusiya prezidenti Vladimir Putin orta məktəblərlə bağlı maraqlı açıqlama verib. Dövlət başçısı dəftərdən istifadəni azaltmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, Kremlin saytında bu haqda yazılıb. Rusiya prezidenti “Rəqəmsal təhsil mühiti” layihəsi ilə bağlı danışarkən adi dəftərlərdən zamanla uzaqlaşmağı məsləhət görüb. Onun fikrincə, dərslərdə yeni texnologiyalara xüsusi diqqət ayırmaq lazımdır.

2024-cü ilə qədər ölkədə rəqəmsal təhsilin vahid sistemi yaradılacaq. O vaxta qədər məktəblərin 25 faizi yeni texnologiyalardan istifadə etməyə başlayacaq. Eyni zamanda, bütün məktəblərdə internet olacaq.

Putin bir müddət əvvəl məktəblərin qida təchizatı haqda danışmışdı. Prezident onda məktəblilərə pulsuz yemək verilməsinin vacibliyi qeyd etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »