Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 1 milyon dollarlıq "Amerika röyası" ələ keçdi - Foto

Türkiyənin Uşak şəhərində Jandarmanın əməliyyatı nəticəsində 1 milyon dollarlıq "Amerika röyası" olan simvolik kağız pul ələ keçirilib.

Musavat.com xəbər verir ki, keçirilən əməliyyatda 3 nəfər saxlanılıb.

Saxlanılan 3 şəxsin bu simvolik kağız pulu haradan əldə etdikləri araşdırılır. Uşak şəhərinin Banaz qəsəbəsində küçədə əlində 1 milyon dollarlıq simvolik pulu tutan şəxsi görən Jandarma qüvvələri onu saxlayıb. Əməliyyat nəticəsində daha iki nəfər də həbs edilib.

Hadisə ilə bağlı geniş araşdırma başladılıb.

1 milyon dollarlıq "Amerika röyası" nədir ?

Ələ keçirilən 1 milyon dollarlıq "Amerika röyası" adlandırılan kağız pul dolların nüfuzu üçün 1988-ci ildə simvolik olaraq çap edilib. Beynəlxalq Milyonerlər Birliyi tərəfindən çap olunan 1 milyon dollarlıq əskinas ticarətdə əldə olunan müvəffəqiyyət üçün hazırlanıb.Bu kağız əskinas heç bir yerdə pul şəklində istifadə olunmasa da kolleksionerlər arasında böyük məbləğlərdə satılır.

Son xəbərlər
Bütün xəbərlər »