Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranlı gənc çöplərdən sənət əsərləri yaradır - Foto

Lənkəran sakinindən danışacağıq. 25 yaşlı gənc Ülfət Bədəlov işdən sonra boş vaxtlarını maraqlı maketlər hazırlamağa sərf edir.

Rayonun Separadi kənd sakini olan qəhrəmanımız bu işə uşaqlıqdan həvəsi olsa da o, arzularını bir neçə ildir reallaşdırmağa başlayıb. Eyfel qülləsi, gəmi və asma körpü bu Ülfət Bədəlovun bir neçə ay müddətində hazırladığı əl işləridir. İlk hazırladığı maket isə Eyfel qülləsi olub. Onun gəmi düzəltməyə olan marağı hazırladığı maketlərdə də özünü göstərir. Maketlərin eskizini isə internetdən seçir.

Ülfət Bədəlovun əsəri 1

Ülfət deyir ki, bu işdə əl qabiliyyəti ilə yanaşı səbr də çox mühümdür. Çünki bir maketin hazırlanması bəzən 2-3 aya qədər davam edir. Qəhramanımızın hazırladığı ilk balıqçı gəmisinə müxtəlif taxta materallardan istifadə etməklə az vaxt sərf etsədə, sonradan hazırladığı gəmi maketin üstündə hələdə işlədiyini söyləyir.

Ülfət Bədəlovun əsəri

Hazırladığı sənət əsərlərini indiyə qədər müxtəlif sərgilərdə nümayiş etdirən Ülfət Bədəlov əl işlərinə görə fəxri fərmana da layiq görülüb. Onun ən böyük istəyi isə əl işlərini genişləndirib sərgi təşkil edib öz istedadını nümayiş etdirməkdir.

Bizimyol.info

Ülfət Bədəlovun əl işləri

Son xəbərlər
Bütün xəbərlər »