Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Ən son texnologiyaların tətbiqi ilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell Telekom ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Belə ki, cari ilin aprel-iyun ayları ərzində 230-dan çox insan Azercell-in “Mobil Göz Klinikası”nın oftalmoloji müayinələrindən keçmişdir.

Azercell mobil goz

8 illik fəaliyyəti dövründə müasir avadanlıqla təchiz olunmuş klinika Bakı da daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, internat məktəblərinə səfərlər etmiş, 7500-dən çox insana xidmət göstərmişdir. Bu müayinələr zamanı ehtiyac yaranan hallarda müalicələr təyin edilmiş, optik eynəklər paylanmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”-nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Son xəbərlər
Bütün xəbərlər »