Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müştərilərin 460 min manatını mənimsəyən bank işçisi böyük cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elmar Məlikova hökm oxunub. “Bank VTB” ASC-nin əməkdaşı 8 il azadlıqdan məhrum edilib.

Bizimyol.info xəbər verir ki, Elmar Məlikov müştərilərin 460 min manatını mənimsəməkdə ittiham olunur. O, əvvəlcə Tamilla Mikayılovanı aldadıb. Bank əməkdaşı qadını periodik olaraq konvertasiya əməliyyatı keçirərək, pul qazanacaqlarına, ona da hər gün xeyir verəcəyinə inandırıb. Beləcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Mikayılovanın 280 min manatını mənimsəyib.

Başqa bir zərərçəkmiş Mehman Allahverdiyev də Elmar Kərimovun toruna düşüb. Bank əməkdaşı onun da 180 min manatını ələ keçirib.

Son xəbərlər
Bütün xəbərlər »